vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
18:41 | 16 may 2014 | Cümə Məqaləyə 2321 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sabitdir!»

«Fitch Ratings» Azərbaycanın reytinqini yenilədi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Fitch Ratings» beynəlxalq reytinq agentliyi ölkənin Mərkəzi bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) xarici və milli valyutada uzunmüddətli defolt reytinqini «BBB-» səviyyəsində təsdiqləyib. Ölkənin reytinqin proqnozu «Sabit»dir.

 

AİF-in reytinqləri Azərbaycanın suveren reytinqləri ilə eyni səviyyədədir ki, bu da dövlət sektoru təşkilatı kimi fondun statusunu əks etdirir.

Fondun məlumatına əsasən, tələb olunarsa, Azərbaycan Mərkəzi Bankı (AMB) AİF-in öhdəliklərini (həmçinin buraxılmış istiqraz vərəqələrinin ödənilməsini) maliyyələşdirir. Azərbaycan İpoteka Fondunun təhlili zamanı «Fitch» dövlət sektoru müəssisələri üzrə reytinq meyarlarından istifadə edir və «yuxarıdan aşağı» yanaşmanı tətbiq edərək fondun reytinqlərini suveren reytinqdən sayır.

Məlumatda deyilir: «Dövlət üçün münasib mənzilin verilməsi yüksək prioritetə malikdir. Bunu ölkə Konstitusiyasının 43-cü maddəsi sübut edir. Maddə, xüsusən, ölkədə daha yüksək keyfiyyətli şəhər evlərinə artan tələbatla bağlı sakinlərin mənzil hüququnun reallaşdırılması üzrə tədbirlərin qəbul edilməsi ehtiyacını nəzərdə tutur».

«Fitch» gözləyir ki, fond AMB-dən dəstək almaqda davam edəcək.

Agentliyin müəlliflərinin fikrincə, suveren reytinq dəyişərsə, reytinqdə də dəyişiklik olacaq.