vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
18:46 | 26 aprel 2019 | Cümə Məqaləyə 671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Manatın materialı dəyişəcək

Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə polimer əskinasları tədavülə buraxmağı nəzərdə tutur”. Bunu AMB sədri Elman Rüstəmov deyib.

“Pambıq kağız banknotlar uzunmüddətli istifadə səbəbindən zamanla əvvəlki görünüşünü itirir və korlanır ki, bu da əlavə xərclərə gətirib çıxarır. Bununla əlaqədar biz gələcəkdə inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanaraq daha dayanıqlı polimer əskinaslardan istifadəyə keçməyi planlaşdırırıq", - deyə E.Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

E.Rüstəmov vurğulayıb ki, bu gün 8,3 milyard manat dəyərində 213 milyon əskinas tədavüldədir: “Bunun 45 faizi kiçik nominallı əskinazlardır. Ən çox 1, 5 və 10 manatlıq əskinaslar köhnəlir. Onların illik köhnəlməsi 80 faiz, 20 manat dəyərində olan banknotların illik köhnəlməsi isə 60 faiz təşkil edir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100 faiz pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *