vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
09:04 | 20 iyun 2014 | Cümə Məqaləyə 1852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TEAS-dan yeni təşəbbüs

Azərbaycanla Aİ arasındakı münasibətlərin inkişafı müzakirədədir

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 19-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel nümayəndəliyinin təşkilatçılığı ilə »Avropa İttifaqı-Azərbaycan münasibətləri» mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycanlı diplomatlar, NATO yanında nümayəndəliyinin təmsilçiləri, Belçikada təhsil alan, peşəkar fəaliyyətlə məşğul olan, eləcə də Avropa Parlamenti və digər Avropa qurumlarında təcrübə keçən 15-ə yaxın azərbaycanlı gənc və digər qonaqlar iştirak edirdi.


Tədbir Azərbaycan Avropa Cəmiyyətinin Brüssel nümayəndəliyi rəhbəri Roman Hunanın aparıcılığı ilə keçirilirdi. Azərbaycanın Belçika Krallığı, Lüksemburq Hersoqluğu və Avropa İttifaqı yanındakı səfiri Fuad İsgəndərov və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov Azərbaycanla Aİ arasındakı münasibətlərin inkişafının prioritetləri, tarixçəsi və perspektivləri barədə çıxış etmişlər. 

Çıxışları tədbir iştirakçılarının sərbəst müzakirələri əvəz etdi.