vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
OLAY  
09:00 | 4 iyul 2014 | Cümə Məqaləyə 4436 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Akkord»da korrupsiya faktları...

Şirkətin bir departamentində 20 milyon manata yaxın yeyinti aşkarlanıb

R.QURBANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Akkord» şirkətində şok korrupsiya faktları barədə redaksiyamıza məlumat daxil olub. Məlumat verən mənbə bildirir ki, 2013-cü ilin oktyabrından şirkətdə işlər qismən dayanıb. Nəticədə maaşların verilməsində fasilələr yaranıb. Şirkətin baş direktoru Xəqani Quluzadə işdən çıxarılıb. Bunu isə onun xaricə təhsil almağa getməsi kimi izah ediblər. «Ancaq onun işdən çıxarılması adi məsələ deyildi, ortada ciddi məsələlər dayanırdı. Belə ki, onun adı «Akkord»da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqur olaraq çəkilirdi.


Şirkətin baş direktorunu işdən çıxarmaq adi məsələ deyil. Bu göstərişi  »Akkord»un əsas səhmdarı sayılan İlqar Hacıyev vermişdi. İlqar Hacıyev 2010-cu ildən «Akkord»dan ayrılsa da, əsas səhmdar kimi qalırdı və  Almaniyada «Akkord»un nümayəndəliyində otururdu. Onun qayıtması və şirkətdə təmizləmə aparması səbəbsiz deyildi». 

Məlumatda qeyd edilir ki, Xəqani Quluzadənin «Akkord»a rəhbərlik etdiyi son üç ildə şirkət Azərbaycan Beynəlxalq Bankından yarım milyard manatdan çox kredit götürərək bölgələrdə müxtəlif layihələr başlayıb. Bildirilir ki, kreditlər Xəqani Quluzadə, onun tikinti üzrə müavini Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmili və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilib. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə şirkət çətin vəziyyətə düşüb. 

«Krediti  qaytarmaq lazımdır, pul isə yoxdur. Kreditin  qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi üz tutur bankın əsl sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və kim olduqlarını xatırlatmağa ehtiyac yoxdur. Məhz bu qüdrətli əlin köməyi ilə «Akkord»un əsas səhmdarı İlqar Hacıyev Almaniyadan gətirilib və ona şirkəti bu günə salmış adamları təmizləmək tapşırığı verilib»,- deyə məlumatda qeyd edilir.

Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanıb. Təsəvvür edin ki, su-kanalizasiya departamentinin təkcə Şəmkir layihəsinin  anbarında 300 min manatlıq material əskikliyi aşkar edilib. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar edilib. Yoxlamalar təkcə «Akkord»un Audit Departamenti tərəfindən deyil, həm də kənardan dəvət olunmuş audit şirkəti tərəfindən aparılırdı».

Məlumatda bildirilir ki, Fariz Cəmilinin «Akkord»un bu günə düşməsində «xidmətləri» çoxdur. Belə ki, onun özünün AGE adlı  ayrıca şirkəti var və tunel tikintisi ilə məşğuldur. O şirkətin sifarişlərini ayrı-ayrı subpodrat şirkətlərə satıb: «Şəmkir layihəsinin anbarında dəyəri 75 min avro olan aparatın, çəkisi tonlarla ölçülən armaturun, PVC və dəmir boruların yoxa çıxması da aparılan yoxlamalar zamanı aşkar edilib. Yeyintilərə görə cinayət işi açılıb və cinayət işi Korrupsiyaya Qarşı Mübarizə  İdarəsindədir. Hazırda Su Kanalizasiya Departamentinin Sabirabad, Cəlilabad, Agstafa və Şəmkir layihələrində işçilər ixtisara salınıb. Hər layihədə 4-5 nəfər qalıb. Bir sual verən yoxdur ki, yaxşı bəs «Akkord»un öhdəsinə götürdüyü layihələri kim işləyəcək?»

Mənbə bildirir ki, audit yoxlamalarından sonra tikinti üzrə baş direktorun müavin Elçin Bədəlov, təhqiqat departamentinin direktoru Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili, infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılıblar: «Ancaq indi yenə də şirkətdə kütləvi şəkildə ixtisarlar gedir. Şirkətdə ikili rəhbərlik sistemi mövcuddur. Xəqani Quluzadə gedəndən sonra şirkətə onun müavini işləmiş Göksəl Aybək rəhbərlik edir və o, ancaq öz həmvətənlərini müxtəlif vəzifələrə irəli çəkməklə məşğuldur. Şirkətin Zığ qəsəbəsində yerləşən İnfrstruktur Departamentinə Hüseyn Gümüş adlı təzə direktor gəlib və gələn gündən azərbaycanlı işçilərin 95 faizini ixtisara salıb. Hazırda bu vəziyyət davam edir və nə ilə qurtaracağı bəlli deyil».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Şirkətdən bildirildi ki, sözügedən faktlara və iddialara münasibət bildiriləcək. (musavat.com)