vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TƏHSİL, DİN  
09:29 | 6 iyul 2014 | Bazar Məqaləyə 2874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu gün qəbul imtahanıdır

«SABAH qrupları»na sınaq ADİU-nin 1-ci tədris binasında keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün «SABAH qrupları»na qəbul imtahanı keçiriləcək. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 1- ci tədris binasında təşkil olunacaq.


Burada ölkənin 34 ali təhsil müəssisəsindən seçilmiş 1-ci kurs tələbələrinin iştirakı nəzərdə tutulub. Ümumilikdə, 53 ixtisası əhatə edən tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sualı 1,5 saat ərzində cavablandırmalıdır.

Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar etmir.

İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və «sabah.edu.az» saytında yerləşdiriləcək.

Qeyd edək ki, «SABAH qrupları»na daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb.