vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
22:58 | 7 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2676 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çexlərdən ermənilərə böyük təhqir

«Ermənistanın Rusiya kimi təsəvvür edilməsi üçün hər şey edilir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bü günlərdə İrəvan-Praqa reysinin sərnişinlərinə Rusiya miqrasiya kartlarının paylanması erməni ictimaiyyətində ciddi narahatçılığa səbəb olub. ANS PRESS-in məlumatına görə, bu, erməni şərhçilərini ölkənin beynəlxalq imici barədə yenidən düşünməyə məcbur edib.


Erməni şərhçi Akop Badalyan bu gün yazdığı məqaləsində bildirir: «Bu, avropalılarda Ermənistana qarşı formalaşmış münasibətlərdən xəbər verir. Artıq Ermənistan Rusiya ilə eyniləşdirilir. Problem də ondadır ki, avropalıların Ermənistanla Rusiyanı eyniləşdirmək üçün əllərində əsas çoxdur».

Badalyan daha sonra vurğulayıb: «İyirmi il ərzində Ermənistanda ölkənin gələcəyini Rusiyadan ayrı şəkildə təsəvvür edən görüş formalaşmayıb. Üstəlik, son illərdə Ermənistanın Rusiya kimi təsəvvür edilməsi üçün mümkün və qeyri-mümkün hər şey edilib».