vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
10:36 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 2785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı meri 50 min adam yola saldı

Kremençuklular sevimli meri ilə vidalaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Kremençuk şəhərinin meri Oleq Babayev iyulun 29-da elə həmin şəhərdə dəfn edilib. Virtualaz.org saytı Ukrayna nəşrlərinə istinadən xəbər verir ki, iyulun 26-da naməlum şəxslər tərəfindən evinin qabağında güllələnərək öldürülən O.Babayevin dəfn mərasimində 50 mindən çox adam iştirak edib.

Əslən azərbaycanlı olan O.Babayevin xatirəsini əziz tutan dostları, həmkarları və Kremençuk sakinləri onun məzarı başına yüzlərlə əklil gətiriblər. Ukrayna Ali Radasından, Ukrayna Nazirlər Kabinetindən, Ukrayna Futbol Federasiyasından, Ukrayna Həmkarlar Federasiyasından olan rəsmi şəxslər də «Vorskla» futbol klubunun sahibi olan soydaşımızla vidalaşmağa gələnlər arasında olub. Kiyev şəhərinin meri Vladimir Kliçko isə mərasimə əklil göndərib.

O.Babayev Ukrayna Ali Radasının VI çağırış deputatı olub. O, Kremençuk şəhərinin meri postunda 2010-cu ilin noyabrından çalışırdı.