vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
09:13 | 3 avqust 2014 | Bazar Məqaləyə 2945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ASALA haqqin.az-ı dağıtdı

Hakerlər sayta öz şüarlarını yerləşdirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gecə erməni terror təşkilatı ASALA-ya bağlı haker qrupu haqqin.az saytına hücum həyata keçirib. Virtualaz.org saytı xəbər verir ki, hakerlər sayta nəzarəti ələ keçirərək orada ASALA-nın simvolunu və «İf You dont war, war will end you» şüarını yerləşdiriblər.

Saytın təsisçisi və baş redaktoru Eynulla Fətullayev bildirib ki, hakerlər sayta səhərə yaxın hücum ediblər. Hazırda sayta nəzarətin bərpa edilməsi yönündə iş gedir.

Qeyd edək ki, haqqin.az saytı Azərbaycan və Ermənistan qoşunlarının bütün təmas xətti boyu son günlər baş verən qanlı döyüşlər barədə informasiyaları rusdilli auditoriyaya operativ şəkildə çatdırırdı və ermənilərin informasiya təxribatlarının qarşısını effektiv şəkildə ala bilirdi. Ermənistan-Azərbaycan münaqişəsi zonasında baş verənlər barədə rus dilində ən operativ mənbəyə çevrilmiş haqqin.az saytına giriş son günlər 120 min unikal İP-ni keçmişdi.