vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
21:09 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pulu Mehman Əliyev yox, mən almışam»

Eynulla Fətullayev ilginc etiraf

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün, 29 avqustda Vergilər Nazirliyinin İstintaq İdarəsində Nəcəf Nəcəfov Fondunun başçısı, «Turan» İnformasiya Agentliyinin direktor müavini Şahin Hacıyev dindirilib. Bu barədə virtualaz.org-a Ş.Hacıyev özü məlumat verib.

İstintaq İdarəsi N.Nəcəfov Fondunun fəaliyyətinin araşdırılmasına başlayıb. Qeyd edək, Fondun altı təsisçisindən biri Mehman Əliyevdir.

Ş. Hacıyevdən xüsusən 2011-ci ildə Norveç səfirliyi və Soros fondu tərəfindən N.Nəcəfov Fonduna ayırılmış qrantlar haqda soruşublar.

Virtualaz.org-a həmin qrantların qeydiyyatı və əldə edilməsi ilə bağlı məlumatlar məlumdur. Məsələ ondadır ki, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev 2011-ci ildə dörd il həbs cəzası çəkəndən sonra Azərbaycan prezidentinin fərmanı ilə azadlığa çıxıb. Daha əvvəl, E.Fətullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən bəraət alıb və jurnalistə qarşı bütün ittihamlar geri çəkilib.

Həbsdən azad olunandan sonra, E.Fətullayev öz jurnalist fəaliyyətini bərpa etməyə qərar verib və Norveç səfirliyindən, Soros və Marşal fondlarından haqqin.az media layihəsinin yaradılmasına qrantlar alıb. Ancaq E.Fətullayevin adına qeydiyyatdan keçmiş  təşkilat olmayıb ki, hesabına pul daxil olsun. Və onda o, «Turan» rəhbərliyinə Nəcəf Nəcəfovun jurnalist fondu vasitəsi ilə layihəyə qrantlar almaq xahişilə müraciət edib.

E.Fətullayev virtualaz.org-a açıqlamasında bildirib: «Mən onda Sorosdan,  Norveç və Almaniya hökumətlərindən  haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollarqan çox pul aldım. Bizim saytımız, çoxlarının iddia etdikləri kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər.

Mən həqiqəyən də Mehman Əliyevə və Şahin Hacıyevə xahişlə müraciət etmişdim, çünki  mən həbsxanada olanda onlar mənim hüquqlarımı müdafiə edirdilər. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, Fondun vəzifələrindən biri də jurnalist layihələrinə kömək etməkdən ibarətdir. Və böyük minnətdarlıq hissilə yada salıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Yəni pulu mən almışam, Mehman Əliyev yox».