vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
KRİMİNAL, CİNAYƏT  
14:10 | 29 iyul 2013 | Bazar ertəsi Məqaləyə 2153 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ səfirliyinə basqın cəhdi

Postda olan polis fiziki xəsarət alıb

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün əvvəl axşam saatlarında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis baş serjantı Asif Salahov ABŞ səfirliyində xidmət aparan zaman 23 yaşlı Naxçıvan sakini Vüsal Səfərov və onun həmyaşıdı olan Tovuz rayon sakini İlqar Tağıyev posta soxulublar.

Yaxa.org saytının verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan şəxslər heç bir səbəb olmadan A.Salahov və onun post yoldaşı olan 31 yaşlı polis serjantı Şəmil Babayevə nalayiq sözlər deyib, təhqir ediblər. Sonra isə postda olan stəkanı götürüb sındıraraq polis nəfərlərinə əl nahiyələrindən xəsarət yetiriblər. Polis əməkdaşları xəsarətlə DİN-in hospitalına yerləşdiriliblər.
Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.