vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
17:01 | 4 sentyabr 2014 | Cümə axşamı Məqaləyə 2796 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soyadlar məcburi milliləşdiriləcək

Nazirlər Kabineti qərar hazırlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda soyadlar məcburi milliləşdiriləcək. Bu barədə lent.az-a Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, bununla bağlı AMEA-nın Adlar və soyadlar komissiyası Nazirlər Kabinetinə tövsiyələr verib. Hazırda Nazirlər Kabineti bu işin hüquqi tərəfi üzərində işləyir. Bir az geciksə də, Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı qərar veriləcək».

Komitə sədri deyib ki, yeni qərar mənəvi baxımdan dünya azərbaycanlılarını, hüquqi baxımdan isə respublika vətəndaşlarını əhatə edəcək. Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı verəcəyi qərar məcburi icra ediləcək: «Bu, yeni doğulan uşaqlar üçün məcburi olacaq. Məsələn, ola bilməz ki, Nizami Cəfərov bu yaşında soyadının sonluğunu dəyişsin».

N. Cəfərov onu da vurğulayıb ki, Mədəniyyət Komitəsi də soyadların milliləşdirilməsi ilə bağlı sənədin üzərində işləyir: «Fikrimcə, ad və soyadlarla bağlı ayrıca yeni qanun qəbul olunmalıdır. Çünki bu sahədə, xüsusən də adlarla bağlı mürəkkəb məsələlər var. Bəzən uşaqlara elə adlar qoyulur ki, onlar özünü doğrultmur. Mədəniyyət Komitəsi soyadların sonluğunun 6 variantını tövsiyə edib. Ancaq bu gün azərbaycanlıların 80 faizinin soyad sonluğunu -ov, -yev, 10 faizini -lı, -li, -lu, -lü, 10 faizini isə -zadə sonluğu təşkil edir».