vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
21:21 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiyada dəstək aksiyası

Gölü ətrafında insan zənciri yaradıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın vacib problemlərindən biri - Urmiya gölünün qurumasına qarşı aparılan kütləvi mübarizə indiyədək ciddi bir nəticə verməyib və soydaşlarımız növbəti dəfə ölkə rəhbərliyi və ictimaiyyətin diqqətini Urmu gölünə cəlb etmək məqsədi ilə bir araya gəliblər.

Son məlumata görə, bir qrup ətraf mühit fəalı Urmiya gölü ətrafı və Cığatu (Zərinerud) çayı ilə Tatau çayının (Siminerud) birləşdiyi nöqtəyə toplaşaraq əraziyə baxış keçiriblər. Yığıncaqda iştirak edən fəalların əksəriyyəti Şəri və Qərbi Azərbaycan Əyalətlərindən olub.

Urmu gölünün quruma təhlükəsindən qurtulmasını tələb edən Ətraf Mühit fəalları gölün nicatı üçün dua edib və insan zənciri yaradıblar.