vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
22:03 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç olmasa mənəvi şəhid verməyək»

«Cəmiyyətdə tolerant düşüncə qıtlığı var»

Rafiq ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

4 günlük müharibədən çıxardığım ən böyük dərs milli ruhun ölməməsi, güclü ordumuzun yaranması oldu. Şükürlər ki, qlobal problemlərdə, ölkənin tale yüklü məsələlərində iqtidarlı-müxalifətli millətin bütün kəsimləri eyni nöqtəyə vurdu. Azərbaycan ziyalılarının mövqeyi milli mövqe ilə tam üst-üstə düşdü. Unutmayaq ki, bütün uğurların açarı milli birlikdədir. Kütləvi informasiya vasitələrimiz necə də adekvat və peşəkar iş nümayiş etdirdilər!

Əfsuslar olsun ki, 4 günlük savaş qurtarar-qurtarmaz milli birliklə səsləşməyən bir hadisə ilə rastlaşdım. Görkəmli ziyalı, BDU-nun professoru Qulu Məhərrəmli məhkəmə çəkişməsinə cəlb olunub. Ziyalılar kövrək insanlardır. Onlarla rəftar bir qədər başqa cür olmalıdır. Amma kim düşünür ki,  ziyalını əzə bilər, yanılır. Ziyalıların ömrü uzundur, ziyalı ömrü tək bioloji ömür deyil. Düşünürəm ki, ölkənin təxminən baş jurnalisti kürsüsündə duran bir ziyalı elə Qulu Məhərrəmlinin fikirlərinə azad mətbuatda özü cavab verə bilərdi. Ziyalıların bu cür məhkəmə çəkişmələri sabahımız olan gənclərimiz, ümumiyyətlə cəmiyyətin bütün kəsimləri üçün hansı milli birlik örnəyi ola bilər?!

Ümumiyyətlə, ziyalılarımızın məhkəmə cəkişmələrinə cəlb edilməsini yaxşı hal saymaq olmaz. Kütləvi informasiya vasitələrində  oxudum ki, indi Azərbaycan ədəbiyyatına görkəmli töhfələr vermiş (“Daş yuxular“ istisna olmaqla) Əkrəm Əylisli, bir qədər öncə kinossenarist Eldəniz Quliyev məhkəmə çəkişmələrinə cəlb olunublar. Görünür bu, cəmiyyətdə tolerant düşüncə qıtlığı ilə əlaqədardır. Belə olmasaydı bir çox TV-in qapıları seçilmiş ziyalılar üzünə bağlı olmazdı, hətta 10-15 il qabaq çəkilmiş filmlərdən müəlliflərin, məsləhətçilərin adları titrlərdən çıxarılmazdı. Bu qeyri-səlis yox, binar məntiq düşüncə tərzinin nəticəsidir.

Milli birliyə gedən yol milli barışıqdan keçir, ona görə də bu birliyə barışıq yolu ilə gedilməlidir. Milli birliyə gedən yolun nüvəsini ziyalılar təşkil etməlidir. Milli birliyə gedən yolun əsas yolçuları ziyalılar olmalıdırlar. Bu yolda ziyalı münasibətləri məhkəmələrdə yox, mənəvi müstəvidə həll olunmalıdır. 

Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlər ölmür, əbədi yaşayırlar. Gəlin çalışaq ki, heç olmasa mənəvi şəhid verməyək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *