vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
15:39 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1468 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ürək-damar xəstələri 2 dəfə artıb

«Azərbaycanda ürək transplantasiyası mümkün deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Son 5 ildə Azərbaycanda ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb». Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev APA-ya müsahibəsində belə deyib. O vurğulayıb ki, Azərbaycanda müalicə üsulları heç də xaricdəki üsullardan fərqli deyil:

«Azərbaycanda bəzi orqanların transplantasiyası aparılsa da, ürəklə bağlı bunu etmək mümkün deyil. Məsələn, Rusiyada əgər bir şəxs avtoqəza nəticəsində ölürsə, onun meyiti soyuducu kameraya qoyulur. Onun yaxını olmasa, oradan götürülməsə, bu şəxsin ürəyi transplantasiya üçün hazırlanır. Hələlik, bizdə bu yoxdur. Ona görə də ölkəmizdə ürək transplantasiyası geridə qalıb. Bu məsələ daha yüksək səviyyədə qaldırılmalıdır. Azərbaycanda ürək qüsurlarının müalicəsi, protezlərin qoyulması, damarların dəyişilməsi, şuntlama kimi proseslər icra edilir.

Bizdə ürək-damar xəstəliklərinin yayılması Fransa, Portuqaliya, İtaliya, Almaniya kimi ölkələrdən daha çoxdur. Bu da kardio-profilaktikadan asılıdır. Həmin ölkələrin dietaları, regionları fərqlidir».