vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
13:32 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 701 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusları dost saymayanlar artıb

Ermənilərin neçə faizi Azərbaycanı düşmən hesab edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzi hesab edir ki, keçmiş Sovet İttifaqı məkanında ən böyük düşmənçilik Ermənistan-Azərbaycan münasibətlərində hiss olunur.

İnteqrasiya Araşdırmaları Mərkəzinin yeni hesabatında qeyd olunur ki, 2016-cı ildə Ermənistanda Azərbaycanı dost saymayanların sayı son 5 ilin ən yüksək həddinə – 97 faizə çatıb.

Ermənistanda Türkiyəni dost saymayanların sayı 83 faizdir.

İnteqrasiya Araşdırmaları Mərkəzinin yeni araşdırması göstərir ki, bu il Ermənistanda Rusiyanı dost saymayanların sayı 1 faizdən 5 faizə artıb.

ABŞ-a münasibəti pis olanların sayı isə 6 faizdən 3 faizə enib.

Hesabatda bildirilir ki, Ermənistanda MDB regionuna dostcasına münasibət göstəricisi 2016-cı ildə 13 faiz azalaraq 73 faizə düşüb.