vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
14:16 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin verdiyi tapşırıq bilindi

Azərbaycan Türkiyə KİV-lərində ümummilli və dövlətçilik maraqlarına zidd xəbərlərdən narahatdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra görüşlər keçirib.

Vaxt.az xəbər verir ki, Prezidentin köməkçisi oktyabrın 24-də Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunun artırılması, hər iki ölkənin mətbuat orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, bəzi KİV-lərdə ümummilli və dövlətçilik maraqlarımıza zərər vuran xəbərlərin yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Söhbət zamanı beynəlxalq arenada qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrinin birgə təbliği, dünya informasiya məkanına dinamik inteqrasiyanın təmin olunması istiqamətində səylərin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktayla görüşdə isə iki dövlət arasında münasibətlərin daha da dərinləşdirilməsinin geosiyasi və geostrateji aspektlərindən söhbət açılıb, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyillərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın və Türkiyənin sürətli inkişafı yüksək qiymətləndirilib.

Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasin Aktay bildirib ki, Türkiyə dövləti Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və ölkəmizdə əldə olunan bütün uğurlara önəm verir.

Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayan Əli Həsənov bildirib ki, dövlətimiz bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır.

P.S.: Qeyd edək ki, Türkiyədə erməni lobbisinin nəzarətində olan, «Radikal» və «Aqos» və s. qəzet və xəbər portallarında vaxtaşırı Türkiyə-Azərbaycan maraqlarına zidd, Dağlıq Qarabağla bağlı türk ictimaiyyətini çaşdıran, xüsusən Xocalı soyqırımı və qondarma «erməni soyqırımı» ərəfəsində hər iki ölkəni aşağılayan xəbər və məqalələr dərc edilir. Bu hallar isə çoxdandır Azərbaycan xalqını narahat edirdi. Görünür prezident artıq bütün bunların bir daha baş verməməsinə görə konkret təkliflər təqdim etmək qərarına gəlib. Çox güman ki, ölkə başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İlham Əliyevdən aldığı xüsusi tapşırıqlarla qardaş ölkəyə yola düşərkən, qovluğunda həmin təkliflər də olub.