vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
00:40 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Metroda siqaret çəkmək olarmı? (VİDEO)

Qatarı idarə edə-edə…

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Metroda siqaret...

Adətən avtobuslarda bu problemlə tez-tez qarşılaşırıq. Sərnişinlər sürücülərin siqaret çəkməsindən narazılıq edirlər. Bu dəfə isə sərnişinlər metroda analoji haldan yəni maşinistinin siqaret çəkməsindən şikayət ediblər. Bəs görəsən buna icazə varmı?

Bakı sakini metrodakı maşinistlərin siqaret çəkərək sərnişinləri narahat etməsindən şikayətlənir.

Elşən Qasımovun sözlərinə görə demək olar ki, hər gün metroda olarkən qatarın için siqaret iyisi bürüyür. Buna səbəb isə maşinistlərin qatarı idarə edə-edə siqaret çəkmələridir.

Şikayətçi həmçinin bildirib ki, adətən avtobuslarda rast gəlinən bu problemdə sürücüynən danışıb məsələni həll etmək olursa, metroda bu mümkün deyil.

Məsələ ilə bağlı bakı metropolitenin mövqeyini öyrəndik. Metropolitenin şöbə müdiri Nəsimi Paşayevin sözlərinə görə qatarda maşinistlərin siqaret çəkməsinə icazə verilir. Çünki, onlar bir necə saat dayanmadan yerin altında olurlar və fasilə üçün heç bir yerə çıxa bilmirlər. Maşinistlər üçün qatarda siqaret çəkməyə xüsusi şərait yaradılıb. Təhlükəsizlik üçün isə bütün tədbirlər görülüb.