vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SOSİAL  
22:54 | 6 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2650 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metroda gediş haqqı artıb?

Nəsimi Paşayev: «Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib. Gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

Məsələ ilə bağlı danışan «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu məsələ hazırda müzakirə edilmir: «Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir».

Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmayıb.