
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
Hər ay bir qatar dəyişəcək
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
Növbədə «Xətai»dir ...
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
«Sahil» açılandan sonra ...
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
Qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək
Analoqlarından da fərqli vaqonlar daha geniş, qapılar isə enli olacaq
Nəsimi Paşayev: «Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik»
«Gənclik» yarımstansiyasının yenidən qurulması burada təhlükəsizliyə yeni baxışdır
Onlara nəzəri biliklərin praktik əsasları öyrədiləcək
Mavi xətt Yeni Yasamaldan Bakıxanova, sarı xətt Binəqədidən Bayıla, bənövşəyi xətt issə Xocəsəndən Qaraçuxura qədər uzanacaq
«Keçid tunelindəki naqillərdə qısaqapanma olmuşdu»
2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun «Sahil» stansiyası ilə bağlı iki iddia sələndirilir. Versiyaların birinə görə, stansiya bir daha açılmayacaq, digər versiyaya görə isə açılsa belə, onun üzərində yerləşən bina söküləcək. Təmirin uzunmüddətli olması ağıllarda sual işarəsi yaradır. Modern.az suallara aydınlıq gətirməsi üçün rəsmi quruma müraciət edib.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb. O, metronun «Sahil» stansiyasının uzunmüddətli təmirə dayanmasında özəl səbəbin olmadığını və təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını və bildirib:
«Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünün və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı «LT-3» tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın «Thyssen Krupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli dörd eskalatoru quraşdırılacaq».
N.Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.
Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.