vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
16:17 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1091 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Satdıqları buğdanın pulunu ala bilmirlər

İran hakimiyyətinin Güney Azərbaycandakı əkinçilərə qarşı etinasızlığı

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda yığım vaxtından 4 aydan çox keçsə də, əkinçilər min zəhmətlə yetişdirib dövlətə satdıqları buğdanın pulunu ala bilmir.

Məsələ ilə bağlı «Keşavərzi» bankı filiallarının ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən açıqlama yayılıb. Açıqlamaya görə, Şərqi Azərbaycanda məhsullarını dövlətə satan əkinçilərə tələblərinin sadəcə 18 faizi yəni 128 milyard tümən ödənilib, qalan 300 milyard tümən isə yığım vaxtından aylar keçməsinə baxmayaraq hələ də ödənilməyib. «Əkinçilərin qalan tələbi, dövlət büdcə ayırdıqdan sonra bank tərəfindən ödəniləcək» deyə açıqlamada vurğulanıb.

Məlumata görə, cari ildə Şərqi Azərbaycan əkinçilərindən toplam olaraq 7 min 623 milyard riallıq buğda alınıb, oktyabrın 29-dək 6 min 340 milyard rialın ödənildiyi bildirilir.

Qeyd edək ki, əkinçilərin dövlətə satdıqları buğdanın pulunu vaxtında ala bilməməsi məsələsi Şərqi Azərbaycanla məhdudlaşmir, Güney Azərbaycanın digər vilayətlərində də eyni problem yaşanır.