vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
23:59 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 971 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvili niyə istefa veriib?

Poroşenkodan açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

«Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Gürcüstanda keçirilən parlament seçkilərində tərəfdarlarını məğlubiyyətinə görə istefa verib».

Bunu Ukrayna Prezidenti Petro Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, noyabrın 9-da Ukrayna hökuməti M.Saakaşvilinin istefasını dəstəkləyəcək: «Bəziləri Gürcüstandakı parlament seçkilərindəki məğlubiyyətdən sonra fəaliyyət sahəsinin dəyişərək, Ukraynada daha aktiv siyasətlə məşğul olmaq qərarına gəlib». (Report)

Qeyd edək ki, oktyabrın 8-də və 30-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ötən gün isə Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa verdiyini açıqlayıb.

M.Saakaşvili Ukrayna Prezidenti Petro Porşenkonu yalan danışmaqda suçlayaraq, onu verdiyi sözə əməl etməməkdə ittiham edib. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar «Maydan» hərəkatı ideyalarından sui-istifadə ediblər.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinin qubernatoru təyin edilib.