vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SOSİAL  
20:32 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 3294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnflyasiya 11 faizi keçdi

Ərzaq 12.7, qeyri-ərzaq 15.9, xidmətlər 5.2 faiz olub

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı ilin 9 ayında orta illik inflyasiya 11.2 faiz təşkil edib. Vaxt.az xəbər verir ki, bu haqda Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında məlumat verilib.

Qeyd olunub ki, İstehlak Qiymətləri İndeksinin (İQİ) komponentləri olan ərzaq qiymətləri orta illik 12.7 faiz, qeyri- ərzaq qiymətləri 15.9 faiz, xidmətlərin dəyəri isə 5.2 faiz artıb. İstehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişim dinamikasını göstərən diffuziya indeksi aylar üzrə dəyişkən olub.

Bildirilib ki, ümumilikdə, 9 ay ərzində 561 adda mal və xidmətdən 22-nin qiyməti azalıb, 39-nun qiyməti isə dəyişməz qalıb.

2016-cı ilin 9 ayında nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və dünya əmtəə qiymətlərinin dəyişimi qiymətlərə artırıcı, müvafiq mal qrupları üzrə qiymətlərin dövlət tənzimlənməsi və ƏDV-dən azadolmalar, habelə, pul kütləsinin dəyişməsi isə azaldıcı təsir göstərib.

Qiymətləndirmələr göstərir ki, 2016-cı ilin 9 ayında manatın nominal effektiv məzənnənin ucuzlaşmasının orta illik inflyasiyaya (11.2 faiz) birbaşa artırıcı təsiri 5.5 faiz bəndi təşkil edib. 2016-cı ilin ötən dövrü ərzində hökumət tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi əczaçılıq məhsulları üzrə qiymətlərə azaldıcı təsir göstərib.

Qeyd edək ki, 2016-cı il 30 iyun tarixində Tarif (qiymət) Şurası tərəfindən daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Qiymətləri yeni tənzimlənmiş bu dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizinin qiymətləri endirilib.

Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99 faizini təşkil edir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya yanvar-sentyabr aylarında 12,5 faiz təşkil edib.

Qeyd olunduğu kimi, dövr ərzində istehlak qiymətlərinin dəyişimi həm də gözləntilərdən təsirlənib.

Bir sıra xərc amillərinin təsiri ilə inflyasiya gözləntiləri, ümumilikdə, yüksəlsə də, bəzi sahələrdə gözləntilərdə azalma meyilləri müşahidə olunub.