vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
10:58 | 13 noyabr 2016 | Bazar Məqaləyə 1043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Berluskoni danışdı…

Trampı dəstəklədi, Putini təriflədi, Obamanı «vurdu»

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp fundamental bir şeyi anladı ki, Amerika ilə Rusiya arasında ayrı-ayrı məsələlər üzrə fikir ayrılığı olsa da, onlar bunu əməkdaşlıq və dostluq üslubunda həll etməlidirlər».

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İtaliyanın sabiq baş naziri Silviyo Berluskoni deyib.

Onun fikrincə, Rusiya beynəlxalq aləmdə problemlərin birgə həll olunması üçün vacib ölkədir: İslam ekstremizmindən tutmuş, immiqrasiya problemlərinə qarşı mübarizəyə qədər.

«Rusiya prezidenti Vladimir Putin digər liderlərdən fərqli olaraq indiyə qədər fövqəladə vəziyyətlərin öhdəsindən gəlmək qabiliyyətini göstərib»-deyə o əlavə edib.

Berluskoni ABŞ-dakı seçkilərdə Trampın niyə qalib gəlməsi barədə də fikirlərini bölüşüb:

«Çünki Barak Obama beynəlxalq siyasətdə çox səhvlər etdi. O, «ərəb baharı»na dəstəkdən başlayaraq, İslam fundamentalizminə qədər məsələlələrdə yanlışlığa yol verdi. O, Rusiya ilə münasibətləri gərginləşdirdi. Obama Amerikanın mövqelərini zəiflətdi».