vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
16:28 | 13 noyabr 2016 | Bazar Məqaləyə 826 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mərkəzi Bankın alternativi qalmayıb

Manatın ucuzlaşması valyuta ilə olan kreditlərin geri qayıtması riskini artırır

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

2015-ci ilin dekabrında idarə olunan üzən məzənnə rejiminə keçidi elan edən Mərkəzi Bank ötən dövrdə məzənnənin hədəflənməsi rejimi ilə valyuta məzənnəsini əvvəlcədən elan edilən həddə saxlamaqla xeyli vaxt itkisinə yol verib. Hazırda həyata keçirilən idarə olunan üzən məzənnə rejimini daha düzgün tənzimlənmə metodu sayıla bilər. Baxmayaraq ki, bu rejimdə valyutaya olan tələbatda müşahidə olunacaq artım manatın ucuzlaşmasını şərtləndirir, amma Mərkəzi Bankın başqa alternativi qalmayıb. Xatırladım ki, Mərkəzi Bank valyuta təklifinin aşağı olduğu dövrlərdə manatın məzənnəsinin sabitləşdirilməsinə 1992-1995-ci illərdə üzən məzənnə rejiminin, 1996-2008-ci illərdə sürüşkən bağlılıq məzənnə rejiminin tətbiqi vasitəsilə nail olub.

Nəzəri olaraq üzən məzənnə rejimində nominal effektiv məzənnənin ucuzlaşması idxal qiymətlərini bahalaşdırmaqla bir tərəfdən ixracatın stimullaşdırır, digər tərəfdən isə pula tələbi artırmaqla inflyasiya tempini də yüksəldir. Bu vəziyətdə valyuta ilə kreditlərə görə məzənnə fərqinin böyüməsindən artan xərclər onun vaxtında və tam şəkildə qaytarılmasını daha da çətinləşdirir.

Beləliklə də hazırda yüksələn inflyasiya iqtisadiyyatın və artan problemli kreditlər isə maliyyə-bank sektorunun əsas çətinliklərinə çevrilib. Odur ki, inflyasiyanın həfədlənməsi ilə yanaşı onun yaratdığı xərclərin kompensasiya olunması üçün məvaciblərin, müavinətlərin indeksləşdirilməsinə, pensiyaların baza hissəsinin artırılmasına, eləcə də valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqinə 2017-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır. Hesab edirəm ki, bu məsələlər parlamentdə gözlənilən növbəti ilin büdcə layihəsinin müzakirəsində diqqət mərkəzində olmalıdır.