vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SOSİAL  
12:57 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həyət evləri ucuzlaşacaq

Yayda bağ kirayəsi daha sərfəli olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda kommunal xidmət tariflərinin artırılması fərdi yaşayış evləri - villa, bağ, həyət evləri kimi daşınmaz əmlakın qiymətinə mənfi təsir göstərəcək.

Analitikər xəbər verir ki, sadalanan kateqoriyaya aid edilən evlər Tarif Şurası tərəfindən nəzərdə tutulan sosial siyasətlə qorunan əhali qrupuna aid edilməyəcək. Belə ki, analitik qrupun fərdi yaşayış evləri üzrə apardığı monitorinq aylıq ortalama qaz sərfiyyatının təxminən 800-1 000 kubmetr, elektrik sərfiyyatının isə 700-1 000 kVt/saat olduğunu müəyyən edib. Bu da Tarif Şurasının köhnə qiymətlərlə nəzərdə tutduğu qaz istifadəsi üçün müəyyən etdiyi (illik 1500 kubmetr) limitin maksimum 2 aya, elektrik enerjisi limitinin (250 kVt/saat) isə hər ay keçiləcəyini göstərir.

Analitiklər fərdi yaşayış evləri kateqoriyasına aid edilən evlər arasında ən çox bağ evlərinin mənfi təsirlə üzləşəcəyini proqnozlaşdırır. Belə ki, bağ evləri dənizə yaxın (yüksək rütubət) olduğuna görə, bu evlərdə qış aylarında qazdan davamlı olaraq istifadə zəruridir. Bu da öz növbəsində bağ evlərinin aylıq xərcini kəskin artıracaq: «Təxmini hesablamalar göstərir ki, qiymət artımından sonra bağ evlərinin aylıq xərci xeyli yüksələcək. Bura orta ölçülü bir bağ üçün 150 manat qaz pulu, 100 manat işıq pulu, 300-500 manat bağın saxlanması xərcləri daxildir. Yəni, hər ay təxminən 500-750 manat vəsait xərclənəcək. Bu səbəbdən bağ evlərinin qiyməti onun maya dəyərindən asılı olmayaraq əhəmiyyətli dərəcədə ucuzlaşacaq». 

«Qeyd edək ki, bağ evləri əsasən yay aylarında 3-5 ay istifadə olunur. Lakin il boyu istifadə olunan bağ evlərinin illik xərci təxminən 10 000 manat həddini üstələyəcək. Bu da yay aylarında bağı kirayə götürmək variantının daha münasib olduğunu göstərir», - deyə «Report»un ekspertləri qeyd ediblər.