vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
09:21 | 2 dekabr 2016 | Cümə Məqaləyə 1457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhaniyə 12 min 400 nəfərin məktubla müraciəti

«Aclıq aksiyası keçirən məhbusların tələblərinə baxılsın»

MÖVZU İLƏ ƏLAQƏLİ

Məhkəmə orqanlarının ədalətsiz qərarına etiraz olaraq aclıq aksiyası keçirməkdə olan məhbuslarla bağlı ölkə prezidenti Həsən Ruhaniyə müraciət edilib.

12 min 400 nəfərin prezidentə ünvanladığı məktubda İranın da imzaladığı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bəzi maddələrinə işarə olunaraq həbsxanalarda aclıq aksiyası keçirməkdə olan məhbusların tələblərinə baxılması istənilib.

«Ölkə zindanlarında bir sıra siyasi məhbuslar məhkəmə dosyeləri, azadlığa buraxılması və ya məzuniyyətlə bağlı aclıq aksiyası keçirirlər, onların bəzilərinin sağlamlıq durumu olduqca ağırdır. Biz insan haqları fəalları, siyasi və mədəni fəallar, Halqa İrfan Məktəbinin şagirdləri və ictimai xadimlər kimi aclıq edən məhbusların sağlamlığı ilə bağlı faciənin qarşısını almaq üçün onların tələblərinə baxılmasını istəyirik» - deyə məktubun bir hissəsində qeyd olunub.

Azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur, Məhəmməd Əli Tahiri, Arəş Sadiqi, Mehdi və Hüseyn Rəcəbiyan, Vəhid Səyyadi Nəsiri, Əmir Əmirqulu və Əli Şəriətinin adı aclıq aksiyasında olan məhbuslar kimi çəkilib.

Qeyd edək ki, Murtaza Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Kərəcin Rəcayişəhr həbsxanasında aclıq edən fəalın sağlıq durumunun kritik olduğu bildirilir.