vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
16:54 | 12 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 580 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

30 tank, xeyli «Qrad»…

İŞİD Palmirada Rusiyanın yeni zirehli texnikasını, 6 qaubitsasını ələ keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada Bəşər Əsədə sadiq qüvvələrin Palmira şəhərindən qaçarkən İŞİD-ə böyük sayda silah və hərbi texnika qoyublar.

Virtualaz.org xəbər verir ki, «Əl-Cəzirə» kanalı İŞİD yaraqlılarının Palmirada Əsəd qüvvələrindən geriyə qalan 30 tankı, 6 122-millimetrlik qaubtsanı, bir neçə artilleriya qurğuşunu və çoxlu sayda «Qrad» raketlərini ələ keçirdiyini bildirir. Habelə Rusiyanın Suriya ordusuna verdiyi yeni «Vıstrel» BMP-si də İŞİD-in əlinə keçib. Terror qruplaşması artıq Palmirada ələ keçirdikləri mövqelərdən ilk videokadrları yayıblar. Son məlumatlara görə İŞİD Palmiradan qərb istiqamətdə yeni hücuma keçib və Əsəd qüvvələrini sıxışdırmaqda davam edir.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Palmiranın itirilməsini Kremlin imicinə zərbə kimi qəbul etməkdən imtina edib. Peskov deyib ki, əvvəla Palmira Rusiyanın yox, Suriyanın şəhəridir. İkincisi bu şəhərin itirilməsinə görə məsuliyyət bütün beynəlxalq birliyin üzərinə düşür.