vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
12:56 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çin pulu ən aşağı həddə düşüb

FES valyutaların nəfəsini kəsdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra ABŞ dollarının indeksi rallini davam etdirərək 0,57 faiz möhkəmlənib və 102,32 səviyyəsində qərarlaşıb.

Bunadək indeks 102,62 səviyyəsinədək möhkəmlənməyi bacarıb ki, bu da 2003-cü ilin yanvar ayından etibarən ən yüksək göstəricidir. (APA)

Avro isə dollara nisbətən 0,3 faiz ucuzlaşaraq 1,0503 dollar səviyyəsində müəyyənləşib. Bundan öncə Avrozonanın vahid valyutası 21 aylıq minimuma, yəni 1,0468 dollar səviyyəsinədək enib.

FES-in qərarından sonra Yaponiya yeni 10 aylıq minimuma enib. Hazırda 1 dollar 117,86 yendir.

Funt sterlinq 0,28 faiz zəifləyərək 1,2530 dollar səviyyəsində qərarlaşıb. Halbuki, bundan öncə Böyük Britaniya valyutası 1,2515 dollar həddinə qədər geriləyib ki, bu da iki həftəlik minimumdur.

Çin yuanının dollara nisbətən məzənnəsi 2008-ci ilin ortalarından etibarən ən aşağı həddə enib.

FES-in qərarı açıqlandıqdan sonra inkişaf etməkdə olan ölkələrin valyutaları ciddi təzyiq altındadır. ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması burada əsas amillərdən biridir. Bu səbəbdən aşağı gəlirliliyə malik olan valyutalar dəyər itirməkdədir. İnvestorlar bu cür ölkələrdən kapital axınını proqnozlaşdırır ki, bu vəsaitlərin dollar aktivlərinə yatırılması qaçılmazdır.

Xatırladaq ki, ötən gün FES-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75 faiz artırıb.

Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Ümumiyyətlə, FES 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.