vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
16:49 | 17 dekabr 2016 | Şənbə Məqaləyə 492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu ermənilərlə dostluq bizə nə verəcək?

Klan bəyannaməyə imza atanları öldürməyə çağırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı bəyannaməsinə imza atan erməni ziyalılarının sülh təşəbbüslərini azərbaycanlılar da düzgün qəbul etməlidir. Biz belə ermənilərlə dostluq etməyi bacarmalıyıq. Bunu «Baku Network» ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Milli.Az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan və erməni xalqlarının barışması məqsədilə bir qrup erməni və azərbaycanlı tərəfindən Bakıda imzalanmış bəyannamə Ermənistanı çox narahat edib: «Çünki İrəvandakı hərbi-siyasi rejim faktiki olaraq müharibə tərəfdarlarıdır. Qarabağın erməni klanı Ermənistanda hakimiyyətə qonşulara kin və nifrət hissi üzərində gəlib.

Bir qrup azərbaycanlı və erməni ziyalılarının Bakı bəyannaməsini imzalamaqla yeni bir sülh platforması yaradıblar. Bu platformanın əvvəlki QHT, jurnalistlər, təşkilatlar arasında görüşlərdən fərqi ondan ibarətdir ki, burada Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb və Dağlıq Qarabağın Azərbaycana məxsusluğu sual altına alınmayıb. Bəzi dövlətlərin siyasi dairələrinin və beynəlxalq təkilatların buna dəstək verməsi isə Ermənistandakı hakim rejimi bu qrupa qarşı antitəbliğat kampaniyasına başlamasına vadar edib. Babayan adlı Qarabağ ermənisi bildirib ki, bu deklarasiyanı imzalaynların hamısının başı xarabdır. Onlar Bakı bəyannaməsini imzalayan üç ermənini ya dəli, ya da düşmən hesab edirlər. Bununla İrəvan rejiminin xisləti üzə çıxır. Çünki onlar bu bəyannaməyə imza atan erməniləri öldürməyə çağırırlar. Bununla bağlı hətta terror aktları hazırlayırlar».

E.Ələsgərovun fikrincə, bunun əsas səbəbi odur ki, İrəvandakı rejimin hakimiyyəti müharibə və qan üzərində qurulub: «Onların nəinki sülh, dostluq, mehriban qonşuluq münasibətləri yaratmaq niyyəti yoxdur, sadəcə bunu bacarmırlar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların nəticə verməməsinin və uçuruma yuvarlanmasının əsas səbəbi də budur».

Politoloq hesab edir ki, böyük ehtimalla, bu ictimai-siyasi cərəyan getdikcə genişlənəcək: «Çünki bu dünyada insanları sülhməramlı olmağa, barışa çağırmaq doğru mövqedir. Amma bununla yanaşı, ehtiyatı də əldən vermək olmaz. Məsəl var ki, barıtı həmişə quru saxlamaq lazımdır, lakin xarici siyasətdə xalq anlayışlı olmalıdır. Belə sülh təşəbbüslərini biz azərbaycanlılar da düzgün qəbul etməliyik. Çünki bizdə də elə insanlar var ki, deyirlər ki, biz ermənilərlə heç bir təmas qurmamalıyıq. Bakı bəyannaməsini imzalayanlar hansı ermənilərdir? Bunlar o şəxslərdir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Xocalı soyqırımı abidəsi önünə gül-çiçək qoyur. Bunlar işğalçılığa haqq qazandıran ermənilərdən deyil. Bu ziyalılar mövcud Qarabağ klanının əsl xislətini anlayıblar və dolayısı ilə Azərbaycanı dəstəkləyirlər. Ona görə də biz belə ermənilərlə dostluq etməyi bacarmalıyıq. Bəziləri deyir ki, bütün ermənilər bizim düşmənimizdir. Bu, düzgün mövqe deyil. Biz hansı erməni ilə düşmən, hansı ilə dost olmağı düzgün seçə bilməliyik. Özü də burada söhbət birbaşa dostluqdan yox, siyasətdən gedir».