vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:00 | 17 dekabr 2016 | Şənbə Məqaləyə 440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Minsk Qrupundan daha effektlidir»

Amerikalı ekspert: ««Ermənistan-Azərbaycan Sülh Platforması» Ermənistan hökumətinə ciddi zərbədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan-Azərbaycan Sülh Platforması» Dağlıq Qarabağ münaqişəsində aşıq-aşkar status-kvonun saxlanmasını istəyən Ermənistan hökumətinin korrupsiyalaşmasına və aqressiv mövqeyinə ciddi zərbədir.

Milli.Az bildirir ki, bunu «Trend»ə siyasi analitik, Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

O qeyd edib ki, «Ermənistan-Azərbaycan Sülh Platforması» Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə vətəndaş cəmiyyətini və dini liderləri cəlb etməklə, erməni siyasi elitasına münaqişə «pərdə»si altında çoxsaylı korrupsiya qalmaqallarını gizlətmələrinə mane olacaq.

Ekspert həmçinin bildirib ki, münaqişə Ermənistan iqtisadiyyatına baha başa gəlir, ölkənin demoqrafik vəziyyətinə neqativ təsir edir və bunun nəticəsi olaraq da gənclər oranı tərk edirlər.

P.Teysin sözlərinə görə, yaradılmış bu platforma xalqlar arasında sülh dialoqunun möhkəmləndirilməsinə yönəlib.

Eskpert deyib ki, ATƏT Platformanın yaradılmasına heç bir reaksiya verməyib:

««Ermənistan-Azərbaycan Sülh Platforması»nın ictimai diplomatiyası və intensiv dialoqu ATƏT-in fəaliyyətindən daha effektlidir».