vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
22:50 | 19 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 1199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Muradpura dəstək aksiyaları keçirilir

Təbriz Məhkəməsi önündə piket keçirən türk fəallar həbs edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Səkkiz həftədir Təbriz Mərkəzi Zindanında aclıq aksiyası keçirən siyasi məhbus Murtaza Muradpura dəstək mitinqinə qatılan azı 10 türk fəal, o cümlədən məhbusun qardaşı Fərdin Muradpur nəzarət altına alınıb.

Fərdin Muradpur, Adil Boğçaçı, Mustafa Əvəzpur, Vəhid Faizpur, Siyamək Mərdani, Sadullah Sasani, Məhəmməd Mərdi, Milad Əkbəri və Hüseyn Məhəmmədiyan həmçinin adları bəlli olmayan bir neçə digər fəalın hazırda Təbrizin Saib küçəsində yerləşən təhlükəsizlik qurumuna məxsus həbsxanada saxlanıldığı bildirilir.

Mitinqə qatılanlardan Rəhman Əkbəri, Aliyə Novruzi və Murtazanın atası Həsən Muradpurun isə nəzarət altına alındıqdan bir neçə saat sonra sərbəst buraxıldıqlarına dair məlumat yayılıb.

Murtaza Muradpurun durumu Türkiyə mediasının gündəmindədir

Hüquq müdafiəçiləri 8 həftədir azadlıq tələbi ilə aclıq aksiyası keçirən Murtaza Muradpurun ölüm təhlükəsi ilə üzləşdiyini yazırlar. Ailəsinə istinadən yayılan məlumata görə, o keçən günlərdə bir neçə dəfə huşunu itirib.

Muradpurun durumu bir neçə gündür İran Azərbaycanından əlavə Türkiyə və Azərbaycan Respublikasında media və siyasi-ictimai fəalların gündəmində geniş yer alıb.

Türkiyənin Anadolu xəbər agentliyinin «İranda tutuklu Türk aktivist 56 gündür aclıq aksiyasın» başlıqlı reportajı ölkənin bir çox önəmli qəzet və internet portallarında da əks edilib. Reportajda Muradpurun həyatının təhlükədə olduğu vurğulanır.