vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:29 | 9 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 906 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan İslam Hərbi Alyansına daxil olub

Müsəlman «NATO»sunun üzvlərinin sayı 42-yə çatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan İslam Hərbi Alyansına (İHA) daxil olmaq barədə qərar qəbul edib. APA-nın «dunyanews.tv» saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

Bu məlumata ilk reaksiya politoloq Elxan Şahinoğludan gəlib: «Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərarını müsbət qiymətləndirirəm. Doğrudur, bu hərbi alyansın məram və məqsədləri hələ ki, bəlli deyil, ancaq artıq qurumun üzvlərinin sayı 42-yə çatıb. Əlbəttə, İslam Hərbi Alyansının NATO-ya bənzəməsinə çox var. Birincisi, islam ölkələri NATO ölkələri qədər həmrəy deyillər, ikincisi də yeni qurumu Şimali Atlantika Blokuna çevirmək üçün ümumi paytaxt, siyasi və hərbi qərargah və bunları maliyyələşdirəcək mənbələr tapılmalıdır. Buna baxmayaraq, islam aləminin tərkib hissəsi olan Azərbaycan yeni qurumun formalaşması mərhələsində yer almalıdır. Yeni qurumda üzvlük Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi baxımından da bizə xeyirlidir. Necə ki, sözdə də olsa İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı işğalçı adlandırır, yeni qurum da eyni prinsipdən çıxış edəcək. Üstəlik İslam Hərbi Alyansında NATO-dakı 5-ci məddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq».