vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
23:52 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 1306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çin pullarını Avropa Birliyinə köçürür

Vaşinqton Pekinin «maliyyə ekspansiyası»nın qurbanına çevrilir

Sərkis SATURYAN, Regnum İA

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı il taleyüklü oldu. Hadisələr o qədərdir ki, onun analizi hələ uzun vaxt aparacaq. Mahiyyət budur ki, dünya düzəni təkcə kəmiyyət deyil, həm də ən yaxın əlli ildə xalqların taleyinə təsir edəcək keyfiyyət dəyişikliklərindən keçir. Özünüz düşünün. Çin keçən il ABŞ Xəzinədarlıq istiqrazlarının həcmini 1,12 trilyon dollara qədər azaldaraq ABŞ Maliyyə Nazirliyinin əsas kreditoru rolundan imtina edib. Səmalar ölkəsinin yerini Amerika borclarına yekun 1,13 trilyon dollar yatıran Yaponiya tutub. Xatırladaq ki, Pekin 2008-ci ildə qlobal maliyyə böhranı sürətlə genişlənərkən ABŞ dövlət istiqrazları bazarında Tokionu geridə qoyub: Çin aktivləri 2013-cü ilin noyabrına doğru 1,32 trilyon dollarlıq zirvə dəyərinə çatıb. Çin Xalq Bankının istiqrazların satışı üzrə qərarı barədə dekabrın ortalarında Federal Ehtiyatlar Sistemi yenidən maliyyələşmə tarifini 0,7 faizədək artırıb bu qayda ilə Asiya valyutalarının ziyanına olaraq dolları möhkəmləndirərkən məlumat yayılıb. Reuters agentliyi dəqiqləşdirir ki, ÇXR 2016-cı ilin oktyabrından yanvarına qədər $130,4 milyard (10,5 faiz) xəzinədarlıq istiqrazı satıb.

Pekin öz qərarını kursu səkkizillik minimuma düşən yuanı dəstəkləmək zərurəti ilə motivləşdirib. Çin Xalq Bankının valyuta ehtiyatları təkcə keçən ilin dekabrında 41 milyard dollar azalaraq 3,011 trilyon dollarlıq nişanəyə çatıb; ÇXR ehtiyatları noyabrda isə $69,6 milyarddan məhrum olub – buna təkcə Çin iqtisadiyyatının artım tempinin zəifləməyi deyil, həm də Donald Trampın ABŞ-da prezident seçkilərindəki qələbəsi səbəb olub. Lakin Forbes-in icmalçısı Tim Vorstall ÇXR hökumətinin monetar səmimiyyətinə inanamır, onu valyuta maxinasiyalarında ittiham edir. Vorstall hesab edir: «Çin Amerika istiqrazlarını almaq və yaxud sadəcə, valyutanı saxlamaq üçün ixracatdan əldə edilmiş dollardan faydalanır və bununla da yuanı olduğundan ucuz edir. Bu öz növbəsində Amerikaya Çin ixracatını ucuzlaşdırır… Söhbət Çinin valyuta manipulyasiyalarından gedir… Pekin ABŞ-a ixracatın azad bazar şəraitində ola biləsi bahalaşmasına qəsdən şərait yaradıb».

CNN Money də durumu oxşar yöndə təsvir edir: «ÇXR uzun illər ərzində ABŞ xəzinədarlıq istiqrazlarının alışına trilyonlarla yuan sərf edib. Bu qayda ilə hətta iqtisadiyyatın sürətli artım şəraitində də yuanın kurs artımının qarşısı alınıb. Bu, Çin ixracatına rəqabət qabiliyyətli qalmaq imkanı verir, həmçinin ABŞ-da faiz tariflərinin daha aşağı səviyyədə saxlanmasına şərait yaradırdı». Yəni iki ölkənin iqtisadiyyatı konsensusda idi. Düzdür, bu, çox çəkməyib.

Çin Köhnə Dünyaya yatırım qoymağa girişib. Seçim iqtisadiyyatın strateji sahələrinə düşüb, kapital yatırımı alıcı ölkənin milli təhlükəsizliyinə birbaşa təsir edir. Məsələn, SGN Çin dövlət energetika şirkəti Somersetdə (İngiltərənin cənub-şərqində eyniadlı qraflıq) Hinkley Point AES-in inşası üçün Böyük Britaniya hökumətinə 6 milyard funt-sterlinq ayırıb. Həm də SGN-nin layihədə payı tam 33% təşkil edəcək. Gözlənilir ki, Hinkley Point birləşmiş krallığın elektrik enerjisinin 7 faizə qədərini istehsal edəcək.

Çinlilər əldə edilmişlə kifayətlənmək niyyətində deyillər: London Suffolkda (İngiltərənin şərqində) «Sizewell» AES-i və Esseksdə (İngiltərənin cənubi-şərqi) «Bradwell» AES inşa etməyi onlara vəd edib. Çin biznesi həm də keçən il hardasa 5 milyard dollar qoyduğu London daşınmaz əmlakı ilə maraqlanır. Çin niyyətinin ciddiliyini təsdiq etmək üçün yanvarın 2-də şərqi Çjeszyan əyalətinin İu şəhərindən Londona start götürən 12 min km uzunluğunda dəmiryol marşrutunu işə salıb. ÇXR-dən Britaniyaya 40 gündən çox vaxt aparan dəniz yolu ilə müqayisədə 200 konteynerdən ibarət qatar Qazaxıstan, Rusiya, Belorus, Polşa, Almaniya, Belçika və Fransadan keçməklə cəmi 18 günə Londonun şərqinə yetişəcək. Böyük Britaniya bu qayda ilə Çin-Avropa dəmiryol xəttinin səkkizinci üzv dövləti, London isə Avropanın on ikinci şəhəri  olur.

Çinin təcrübəsi çox böyükdür: Səmalar ölkəsinin kommunikasiya şəbəkəsi hazırda AB ərazisində Çinin 16 şəhərini Avropanın 15 şəhəri ilə birləşdirən 39 dəmiryol xətti ilə təmsil olunur. ÇXR-lə AB arasında dəmiryol xəttinin tarixi, qatarın Çinin Çuntsin mərkəzi əyalətindən Almaniyanın Duysburq şəhərinə yetişdiyi 2012-ci ildən başlanır. Forbesin icmalçısı Ueyd Şepardın sözlərinə görə, indi isə sürətlə formalaşan qatar şəbəkəsi Çendu, Lyanyunqan, Uhan, Syamın, Tayyuan, İu, Lodz, Hamburq, Madrid, Varşava və Lion kimi şəhərləri əhatə edir.

 

Texnologiya əvəzinə pul


ABŞ Böyük Britaniya və Çinin dünya əhalisinin  60 faizə yaxını yaşayan  və qlobal enerji ehtiyatlarının tam 75 faizə malik olan 60 ölkəni birləşdirən qarşılıqlı addımlarını qısqanclıqla izləyir. Analitiklər gözləyirlər ki, formalaşdırılmış Transavrasiya şəbəkəsində ticarət həcmi on ildən sonra 2,2 trilyon dollara çata bilər.

Lakin Vaşinqtonda təkcə ticarətin həcmi deyil, yatırımların xarakteri təşviş də doğurur. Səmalar ölkəsi Avropa iqtisadiyyatının bank sektoru və yüksək texnologiyalı sahələrini seçir: Fosun konqlomeratı keçən ilin noyabrında Portuqaliyanın Millennium BCP ən böyük kommersiya bankının səhmlərinin 17 faizi alıb və bu qayda ilə nəzarət zərfini əldə edib. Çinin Midea Group-u keçən il 4 milyard avrodan çox vəsait qoymaqla dünyada ən aparıcı robot texnikası istehsalçılarından biri KUKA Roboter səhmlərinin  48,5 faizi alıb. Fujian Grand Chip INVESTMENT Fund LP Almaniyanın yarımkeçiricilər istehsalında ixtisaslaşmış Aixtron korporasiyasında pay sahibi olmağa can atıb və Almaniya və ABŞ hökumətləri keçən il sövdələşmənin qabağını alaraq rədd cavabı verib. ÇXR XİN bəyanatında deyilir: «Ümid edirik ki, Amerika tərəfi Çin şirkətlərinin ünvanına əsasız ittihamlar irəli sürməyi tərgidəcək, sonrakı investisiyalar üçün imkan yaradacaq».

Amerikalılar Avropa Birliyinin antimonopoliya xidmətinə siyasi təzyiqi gücləndirib demarş təklif ediblər. Effekti çox gözləmək lazım gəlməyib. Avropa tənzimləyicisi bu il yanvarın 3-də Çem Çinanın (Chem China) İsveçrənin bitkilərin müdafiəsi və toxumçuluqda ixtisaslaşmış «Syngenta» konserni ilə çulğaşmasını aprelə qədər təxirə salıb. «Wall Street Journal» xatırladır ki, ABŞ administrasiyası elmi şurası isə 2017-ci il yanvarın 8-də məruzə dərc edərək Çin şirkətlərinin smartfonlardan tutmuş müasir silah növlərinə qədər iqtisadiyyatın bütün sahələrində istifadə edilən milli yarımkeçiricilər bazarına çıxışını sərtləşdirməyə çağırıb. Məmurlar ABŞ xarici investisiyalar üzrə komitəsinin diqqətini xüsusən də ÇXR-in bu sahəyə 160 milyard dollar yatırmaq planına çəkirlər. Bu plan Pekini yarımkeçiricilər üzrə qlobal  liderə çevirməlidir. Ağ Ev Çinin maliyyə ekspansiyasına qarşı durmağa cəhd edir. Axı təkcə keçən il ABŞ-a Çin investisiyaları üç dəfə artaraq 45,6 milyard dollar təşkil edib. Bəs sonra? Amerika Brukinqs institutunun analitikləri Vaşinqton və Brüsseli Çinin meydan oxumağına qarşı birgə cavab verməyə çağırıb həyəcan təbili çalırlar.

Ekspertlər Filipp Le Korr və Conatan Pollak «Çinin qlobal yüksəlişi. ABŞ və AB vahid yanaşma hazırlaya biləcəkmi?» (China's Global Rise: Can the EU and U.S. Pursue a Coordinated Strategy?) oktyabr məruzəsində qeyd edirlər: «Ümumdünya Bankının 2015-ci il məlumatına görə, dünya ÜDM-in 46,1 faizi ABŞ və AB-nin payına düşür. Bu iki güc mərkəzi Çinin yüksək maraq göstərdiyi yeni texnologiyalar və öncül istehsal sahələrində böyük üstünlüyü saxlayır. ABŞ və AB (Böyük Britaniyanın AB-dən çıxdığı bir şəraitdə) Çindən qaynaqlanan çağırışlara vahid yanaşma hazırlaya biləcəkmi? Və tərəflər öz mövqelərini uzlaşdıra bilməsə, nə baş verəcək?»

Aydındır ki, dünya yeni maliyyə ekspansiyasının astanasında durub – on illərlə əvvəl Səmalar ölkəsinə nüfuz etmiş Amerika yatırımları indi artıq Çin kapitalı hüququnda yenidən Köhnə Dünyaya yatırılır. Mövcud tendensiya ən yaxın 5-7 ildə saxlansa və ABŞ prezidenti seçilmiş Donald Tramp onu geri döndərə bilməsə, Yeni Dünya Avropa üzərində iki dünya savaşı nəticəsində qazanılmış iqtisadi nəzarəti tam itirəcək. Söhbət 2008-ci il kürəsəl maliyyə böhranından strat götürmüş yeni «maliyyə eskpensiyası»ndan gedir. ABŞ maliyyə naziri Henri Polson o zaman bildirməyə məcbur olmuşdu ki, «Avropa ölkələri Çin yatırımlarının həcminə görə Birləşmiş Ştatları qabaqlayıb», artıq 2012-ci ildə isə 50 faizlik fərq qeydə alınıb. (strateq.az)