vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
17:49 | 15 yanvar 2017 | Bazar Məqaləyə 2281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan və Çexiya memorandum imzalayacaq

Enerji sahəsində qarşılıqlı anlaşmaya dair...

MÖVZU İLƏ ƏLAQƏLİ

Çexiyaya iri neft tədarükçülərindən biri olan Azərbaycan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu barədə «Trend»ə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Çexiya arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum hazırlanır.

Səfir deyib: «Bu memorandumun imzalanması iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradacaq».

Diplomat bildirib ki, memorandumun layihəsi üzərində iş bitdikdən sonra sənəd Azərbaycanın energetika naziri Natiq Əliyevin Praqaya səfəri çərçivəsində imzalanacaq. Səfərin bu il baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi 2016 ilin yanvar-noyabr aylarında 312,02 milyon dollar təşkil edib.