vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AVROPA  
21:57 | 15 yanvar 2017 | Bazar Məqaləyə 940 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz onillərdi sizi gözləyirik»

Polşalı nazirdən ABŞ əsgərlərinə maraqlı xoşgəldin

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşanın baş naziri Beata Şidlo və ölkənin yüksək vəzifəli şəxsləri yanvarın 14-də ölkəyə gələn amerikalı əsgərləri salamlayıblar.

ABŞ hərbçiləri NATO-nun Rusiyanın regionda fəaliyyəti fonunda Şərqi Avropa ölkələrində təhlükəsziliyi gücləndirmək planına uyğun olaraq Polşaya gəliblər.

ABŞ əsgərlərinin qarşılanma mərasimi Almaniya ilə sərhəddin yaxınlığında yerləşən Jaqan şəhərində baş tutub. Polşanın baş naziri deyib ki, ölkə təhlükəsizliyinin gücləndirilməsi yolunda böyük addım atıb.

Polşanın müdafiə naziri Antoniy Makereviç amerikalı hərbçiləri bu sözlərlə qarşılayıb: «Biz sizi onillərdi gözləyirik».

NATO-nun razılaşdırılmış planına görə, Polşada 3.5 min əsgər, minə yaxın «Abrams» tankı, piyada döyüş maşını «Bradley», «Howitz» artilleriya qurğusu yerləşdiriləcək.