vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
23:51 | 15 yanvar 2017 | Bazar Məqaləyə 325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Balkanlarda növbəti problem

Serbiyanın qatarı Kosovo ilə gərginliyi artırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Serbiya dəmir yolunun Kosovo tərəfindən partladılmasına cəhd edildiyini iddia edərək Kosovoya yola saldığı qatarın sərhədi keçməsinə icazə verməyib.

Belqraddan şimali Kosovoya yeni açılan dəmir yolu xətti Serbiya tərəfindən mühüm bir nəqliyyat yolu adlandırılıb.

Serbiya deyib ki, qatarın üzərinə boyanmış «Kosovo Serbiyanındır» şüarı ölkənin mədəni irsini qeyd etmək üçün yazılıb.

Lakin Serbiyadan müstəqilliyini 2008-ci ildə elan etmiş Kosovo bunu təxribat adlandırıb.

Rusiyada istehsal edilmiş qatar Kosovoda yerləşən məşhur monastırlardan iri Serb pravoslav ikonaları ilə bəzədilmişdi və bələdçilər Serbiyanın milli rənglərində formalar geyinmişdi.

Qatar yola düşməzdən əvvəl, Serbiya hökumətinin Kosovo şöbəsinə rəhbərlik edən Marko Djuric qatarı «bizim mədəni irsimizi nümayiş etdirən sərgi» adlandırmışdı.

Qatar Belqraddan Kosovoda qalan Serblərin əksəriyyətinin yaşadığı şimali Kosovonun Mitrovitsa şəhərinə yola düşmüşdü.

Hal-hazırda Mitrovitsadan Belqrada qatarla yol 10 saat çəkir və Serbiya Mitrovitsaya birbaşa xətt açmaq niyyətində olduğunu deyib.

Separatçılar və Belqraddakı hökumət arasında 9 illik müharibədən sonra Kosovonun elan etdiyi müstəqillik Serbiya və Rusiya tərəfindən tanınmır.

Lakin Serbiyanın baş naziri Aleksandr Vuçiç Kosovo xüsusi qüvvələrinin dəmir yolunu partlatmağa cəhd etdiyini və qatarın sürücüsünün Kosovo tərəfindən həbs ediləcəyini iddia edərək qatara sərhədin Serbiya tərəfində dayanmasına əmr ver

Kosovo bu iddiaları rədd edib.

Lakin Kosovonun baş naziri İsa Mustafa ABŞ və Avropa İttifaqı ilə əlaqə saxlayaraq öz narahatlığını bildirib: «Məncə qatarı geriyə çağırmaq düzgün qərar idi və onun müstəqil və suveren Kosovo Respublikasına qirişinə icazə verilməyəcək».

Cənab Vuçiç Kosovonun aşırı reaksiya verməkdə ittiham edərək, qatarı «bizim sülh istədiyimizi göstərmək» üçün dayandırdığını bildirib.

«Biz tank yox, qatar göndərdik», o əlavə edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *