vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
17:01 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onlar müxalifət partiyasıdır»

Tramp jurnalistləri Ağ Evdən «qovmaq istəyir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, Donald Trampın administrasiyası Ağ Evdəki mətbuat korpusunu ləğv edə bilər. Bundan əvvəl Trampın rəsmilərindən biri jurnalistləri «müxalifət partiyası» adlandırmışdı.

Hazırda Ağ Evin Qərb Qanadında jurnalistlər üçün xüsusi yer ayrılıb və prezidentin mətbuat katibi burada brifinq və mətbuat konfranslarını keçirir.

«Esquire» məcmuəsinin verdiyi məlumata görə müşavirlər hazırda Ceyms S.Bredi (James S Brady) brifinq otağının ləğv edilməsinin mümkün nəticələrini götür-qoy edirlər. Tramp administrasiyası bu qənaətdədir ki, mətbuat ümumilikdə Trampa qarşı düşmən mövqedən çıxış edir.

Adının çəkilməsini istəməyən bir rəsmi «Esquire» jurnalına deyib: «Onlar müxalifət partiyasıdır. Mən onların binadan çıxmasını istəyirəm».

Cənab Trampın mətbuat katibi Şon Spayser (Sean Spicer) keçid administrasiyasının bu məsələni «müzakirə» etdiyini təsdiqləyib.

Lakin o məsələni belə izah edib ki, administrasiya tədbirlərdə daha çox jurnalistin iştirakına çalışır.

«Sual budur: Cəmi 49 oturacağı olan otaq adekvatdırmı? Biz mətbuat konfransları keçirəndə minlərlə iştirak ricası alırıq. Amma hələlik qərar qəbul edilməyib».

«Esquire» yazır ki, mətbuatı qonşuluqdakı «Old Executive Office Building» deyilən inzibati binaya və ya Ağ Evdən bir qədər aralıda olan Konfrans Mərkəzinə keçirə bilərlər.

Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN müxbirinin sualına cavab verməkdən imtina edən Trampı tərifləyib.

«The İndependent» yazır ki, Ərdoğanın öz ölkəsində müxalifət, media və alimləri repressiya etməsi beynəlxalq aləmdə kəskin tənqid edilir.

Ötən çərşənbə günü «Trump Tower» otelində keçirilən mətbuat konfransında Tramp CNN-nin Ağ Ev müxbiri Cim Akostanın (Jim Acosta) təkidlərinə baxmayaraq onun sualına cavab verməyəcəyini demişdi.

Daha sonra cənab Akosta iddia edib ki, Spayser onu daha bir sual verərsə, çölə atacağı ilə hədələyib.

Tramp administrasiyasının başçısı Reyns Pribas (Reince Priebus) ABC-nin «This Week» proqramına deyib ki, onlar yalnız və yalnız mətbuatın «Executive Offices Building» deyilən binaya keçirilməsini müzakirə ediblər.

Bu isə elə Ağ Evdir, deyib rəsmi.