vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
17:11 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 1670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirilik cəzalandırdı

Göygöl Milli Parkının direktoruna töhmət verilib, 2 əməkdaş işdən çıxarıldı

Fərid MİRZƏYEV, APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Göygöl Milli Parkının Maralgöl ərazisində bu il yanvarn 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən təhlil edilib və 7 nəfərdən ibarət qrup üzvlərinin şəxsiyyəti dəqiqləşdirilib.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq, İnzibati Xətalar Məcəlləsinə əsasən, onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimələnib. Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla  atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.