vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
13:20 | 4 sentyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 2452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

45 gün möhlət

Nazirlik karxanalara tələblərini irəli sürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüşdə bir sıra həlli vacib məsələlər müzakirə edilib. Əksər karxana istismarçılarında yerin təkindən istifadə üçün torpaq ayırmaya dair sərəncamların, geoloji və ekoloji sənədlərin olmadığı, istismarı başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılmadığı, yataq ayırma hüdudundan kənara çıxıldığı, istismar zamanı norma və qaydalara riayət olunmadığı görüş zamanı onların diqqətinə çatdırılıb.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və irəli sürülən qanuni tələblər onlar tərəfindən anlayışla qarşılanıb. Nazirlik tərəfindən karxanaların istismarı zamanı mövcud olan nöqsanların aradan qaldırılması və tələb olunan sənədlərin tam qaydaya salınması üçün karxana sahiblərinə 45 gün vaxt verilib.