
Dəbdə olan fırıldağ
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
Muxtar Babayevin anası haqda maraqlı faktlar
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
«Banuçiçək»dən quldar davranış, «Əsmər»in qara kassası, «Gülçöhrə»yə çatan gizli milyonlar və dul «Zeynəb»in intiqamı
Təkanlar 16 km dərinlikdə baş verib
İqbal Məmmədovun tələb etdiyi mənzillərin sahibləri Prezidentə də müraciət etdilər
İqbal Məmmədov mənzil fırıldağının qurbanı olub, işdə adı hallanan Məzahir Cəfərov Hacı İbrahim Nehrəmlinin qohumudur
Lerikin problemini kim və nə vaxt həll edəcək?
Cənub bölgəsində fəlakət, fermerlər narahatdırlar
...«Ovçular evi»nin gecəyarısı qəfil «ovlanması»nın qarşısını aldı
Kübar bir insan, fədakar ailə başçısı, sədaqətli dost...
İranda olsaydı edam cəzasından heç kim xilas edə bilməzdi
Fikrət Bəşirov Astarada dəfn edilib
İran Azərbaycana, yoxsa Ermənistana üstünlük verir?
Ölkədən külli miqdarda qızıl çıxarılmasının qarşısı alınıb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, baş idarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülməklə hərtərəfli araşdırılıb və qeyd edilən ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən kəsildiyi məlum olub. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyevin saxlanılması təmin edilib. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.
Qeyd olunan faktla bağlı baş idarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.