
Təhlükəsizlik arxitekturası
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Qondarma ittihamla həbs edə bilərlər ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
DTX rəsmi açıqlama yaydı
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
DTX separatçıların Xankəndidəki mobil-rabitə provayderini necə çökdürdü?
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olan məlumat əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilkin oktyabrın 27-i və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan Respublikasının vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılaraq davam etdirilən araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulub. Aparılmış axtarışlar zamanı qanunsuz sex qismində fəaliyyət göstərən ayrı-ayrı ünvanlarda qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkar edilərək götürülüb.