vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
14:09 | 2 iyul 2018 | Bazar ertəsi Məqaləyə 3028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsti yenidən rekord olacaq

Hərarət 43 dərəcəyə çatacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 3-də gün ərzində, iyulun 4-də də axşamadək ölkə ərazisində qızmar, anomal hava şəraiti davam edəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, həmin müddətdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 40-43 dərəcə isti olacağı gözlənilir ki, bu da yüksək göstərici sayılır: “Bu gün hava nisbətən sərinləsə də, iyulun 3 və 4-də yenidən durğun hava şəraiti müşahidə ediləcək, 40-43 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi 43-44 dərəcə isti bu il iyulun 1-də müşahidə edilib. İyulun 3 və 4-də qeydə alınacaq temperatur da rekord göstərici olacaq”.

Gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanların, uşaqların, yaşlı insanların olduqca diqqətli olmasını vacib sayan U.Tağıyeva bildirib ki, ən maksimal temperaturlar saat 11.00-dan 17.00-dək gözlənildiyindən həmin müddətdə insanlar açıq havada olmamağa çalışsınlar”.

U.Tağıyeva əlavə edib ki, qızmar hava şəraitindən sonra iyulun 4-dən 5-ə keçən gecədən başlayaraq, hava sərinləyəcək, Bakıda şimal küləyi əsəcək. İyulun 5, 6 və 7-sində ölkə ərazisində sərin hava şəraiti müşahidə ediləcək və havanın temperaturu iqlim normasına yaxınlaşacaq.