vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
18:46 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 1144 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bordujanın gedişinə reaksiyalar

KTMT: «Sədrin istefası Ermənistan-Azərbaycan sərhədindəki hadisə ilə bağlı deyil»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyujanın istefasını dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı verdiyi şərhlərlə əlaqələndirmək yolverilməzdir».

APA-nın «news.am» saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinovun yaydığı bəyanatda deyilir.

V. Zaynetdinov N. Bordyujanın istefasının 2015-ci ildə Moskvada quruma üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarla bağlı olduğunu vurğulayıb. Yeni baş katibinin təyin edilməsi məsələsinə gəldikdə, bu vəzifəni tutacaq şəxs üzv dövlətlərin adının rus əlifbası əsasında ardıcıllığına uyğun, rotasiya qaydasında, Xarici İşlər Nazirləri Şurası tərəfindən 3 illik müddətə irəli sürüləcək namizəd olacaq.

Xatırladaq ki, N. Bordyuja Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı işğalçı ölkənin mövqeyinə uyğun bəyanat verib. Azərbaycan bu bəyanata öz etirazını bildirib.

Qeyd edək ki, N. Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nin 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N. Bordyujanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib. 

KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.