vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
20:36 | 21 yanvar 2017 | Şənbə Məqaləyə 1130 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ac dünya heç vaxt sağlam dünya ola bilməz»

Dünya Ərzaq Proqramının «yol xərtiəsi» hazırlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Ərzaq Proqramının (DƏP) icraçı direktoru Ertarin Kazin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək, 2030-cu ilə qədər bütün dünyada aclığın kökünün kəsilməsinə dair «yol xəritəsi» – konkret kollektiv tədbirlər planı təqdim edib.

Ertarin Kazin biznesmenlərə xatırladıb ki, müasir bolluq dünyasında 800 milyona yaxın insan doyunca yeməməkdən və aclıqdan əziyyət çəkir.

Azərtac BMT Xəbər Mərkəzinə istinadla bildirir ki, E.Kazin deyib: «Ac dünya heç vaxt sağlam dünya ola bilməz». Onun fikrincə, aclığın kökünü artıq indiki nəslin həyatı dövründə kəsmək mümkündür, lakin bunun üçün bütün beynəlxalq birliyin səyləri birləşdirilməlidir.

DƏP rəhbəri beynəlxalq korporasiyaların, milli biznes şirkətlərinin liderlərini dünyada aclığa qarşı mübarizənin innovasiyalı metodlarına qoşulmağa, ehtiyacı olan insanların qida məhsulları, ərzaq vauçerləri və maliyyə vəsaitləri ilə təmin edilməsi layihələrini dəstəkləməyə çağırıb.