vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
15:41 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 1811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirin torbasını tikən «Boz kardinal»

Seçin Ulyukayevin həbsi əməliyyatında şəxsən iştirak edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «Rosneft» şirkətinin rəhbəri, «boz kardinal» kimi tanınan İqor Seçin keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi əməliyyatında şəxsən iştirak edib.

Virtualaz.org xəbər verir ki, bu haqda «Reuters» anonim mənbələrə istinadən bildirir. Məlumata görə nazir «Rosneft»dən tələb etdiyi 2 milyon dollar rüşvəti almaq üçün şirkətin ofisinə gedəndə Seçin özü də orada olub və pulun verilməsində iştirak edib. Nazir pul dolu diplomatla ofisi tərk etmək istəyən kimi FTX əməliyyatçıları onu tutublar.

Xatırladaq ki, Ulyukayev ötən ilin noyabrında həbs olunub. O, «Rosneft»in 19 faizlik səhm paketinin özəlləşdirilməsinə müsbət rəy verməyin əvəzində şirkətdən 2 milyon dollar rüşvət almaqda ittiham olunur.

«Rosneft» şirkətindən Seçinin Ulyukayevlə görüşdə iştirak etdiyinə dair informasiyanı şərh etməyiblər. Bununla belə «Rosbalt»ın mənbəyi bildirir ki, Seçin nazirə saat 18.00-də şirkətin ofisinə gəlməyi təklif edib. Ulyukayev təyin olunmuş vaxtda gəlib, ancaq Seçin dərhal onunla görüşməyib və bir qədər gözlədib.

Seçin Rusiyanın ikinci ən qüdrətli adamı hesab olunur, onun prezident Putinə birbaşa çıxışı və güclü təsir imkanları var.