vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
18:56 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 1837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin Seçin seçimi...

«Boz kardinal» daha hansı yüksək vəzifəliləri izlədir...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar nağd rüşvət alarkən tutulmasından sonra «Rosneft» prezidenti İqor Seçinin nahaq yerə ölkənin ən qüdrətli adamlarından biri (bəlkə də ikincisi) sayılmadığı bir daha sübut olunub.

Virtualaz.org xəbər verir ki, analitiklər nazirin həbsi əməliyyatının məhz Seçin tərəfindən hazırlanıb həyata keçirildiyini deyirlər. Şübhəsiz ki, Kremlin «boz kardinalı» FTX-nin əli ilə həyata keçirdiyi bu əməliyyat üçün Putinin razılığını alıb, yaxud Ulyukayevin həbsinə onu inandıra bilib. Bu, Seçinin Kremldəki rolunun və nüfuzunun nə dərəcədə böyük olduğunu təsdiqləyir.

Xatırladaq ki, Ulyukayev «Rosneft» şirkətinin «Başneft»i özəlləşdirməsinə razılıq verməyin əvəzində 2 milyon dollar rüşvət tələb etməkdə günahlandırılır. İstintaq Komitəsi nazirin nağd pulla dolu çantanı alarkən həbs olunduğunu açıqlayıb və Ulyukayevə qarşı təkzibolunmaz dəlillər olduğunu bildirib. Hərçənd ki, nazirin ölkənin ən qüdrətli adamlarından birindən rüşvət tələb etməyə necə cəsarət etdiyini heç kim dərk edə bilmir.

Xəbərlərə görə Ulyukayev «Rosneft»in «Başneft»i almasının əleyhinə çıxan kimi hüquq-mühafizə orqanları onu izləməyə başlayıb. Nazir öz mövqeyini belə əsaslandırıb ki, dövlət şirkəti olan «Rosneft»in digər dövlət aktivini alması nəticəsində büdcəyə bir qəpik də daxil olmayacaq. Bu, aktivin dövlətin bir cibindən çıxarılıb o biri cibinə qoyulmasından başqa bir şey deyil. Əgər «Başneft»i özəl şirkət alsaydı buna görə dövlət büdcəsinə heç olmasa yarım milyard dollar daxil olardı.

«Vedemosti» bildirir ki, Ulyukayev «Rosneft»in bu özəlləşdirmədə iştirakına qarşı çıxan və nəticədə izlənilən yeganə yüksək vəzifəli məmur deyil. Güc strukturlarındakı mənbənin bildirdiyinə görə, hədəfdə baş nazirin müavini Arkadi Dvorkoviç, prezidentin köməkçisi Andrey Belousov, İqtisadi İnkişaf Nazirliyinin departament rəhbəri  Oksana Tarasenko və baş nazirin müavini İqor Şuvalovun köməkçisi Marina Romanova da olublar. Bildirilir ki, Ulyukayev kimi Dvorkoviç və Belousov da «Rosneft»in «Başneft»i özəlləşdirməsinə qarşı çıxıblar.

Bununla belə Seçinin maraqlarına qarşı çıxan məmurlar arasında ən əlçatanı Ulyukayev olub. Güc strukturları onu çoxdandır izləyirmiş, barəsində hətta Putinə də şikayətlər gedirmiş. Ancaq Ulyukayevin baş nazir Dmitri Medvedyevin qismində güclü himayəçisi olub. Onu nazir vəzifəsinə məhz Medvedyev dəvət edib, hərçənd ki, Putinin bu vəzifəyə başqa namizədi var idi.