«Nazir də bunun güdazına getdi»
Rusiyanın «Boz kardinal»ı azərbaycanlı milyarderə qarşı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin «Rosneft» şirkətindən 2 milyon dollar rüşvət alarkən həbs olunması ətrafında müxtəlif fərziyyələr müzakirə olunmaqdadır. Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, nazirə «torbanı» Rusiyanın ən qüdrətli adamlarından olan və Kremlin «boz kardinal»ı sayılan «Rosneft» prezidenti İqor Seçin «tikib». O, Federal Təhlükəsizlik Xidmətinin əliylə naziri həbs etdirib. Hərçənd İstintaq Komitəsi Ulyukayevin rüşvət tələb etdiyinə və pulu alarkan yaxalandığına dair təkzibedilməz dəlillərə malik olduğunu, yaxın günlərdə videokadrları yayacağını bildirir.
Virtualaz.org xəbər verir ki, politoloq Stanislav Belkovskiyə görə əslində Seçinin iqtisadi inkişaf nazirini həbs etdirməsinin arxasında onun «Lukoil» prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovu sıradan çıxarmaq planları dayanır. «Hazırda Seçin Ələkbərovla mübarizə aparır, Ulyukayev də elə buna görə həbs olunub. Ulyukayevlə bağlı situasiyanın dramatikliyi göstərir ki, «Rosneft»in səhmlərinin 19.7 faizlik hissəsinin «Lukoil» tərəfindən alınması ehtimalı böyükdür. İki həftə əvvəl Putin Həştərxanda olanda Ələkbərovu maşınına çağırıb və onunla söhbət edib. Seçin başa düşür ki, bu ssenarinin qarşısını almaq lazımdır. O, indi məhz bununla məşğuldur» - Belkovski deyib.
Seçinlə Ələkbərovun münasibətlərinin gərgin olduğu çoxdan məlumdur. Onların mübarizəsi dəfələrlə açıq müstəviyə, mətbuat səhifələrinə və məhkəmə çəkişmələrinə qədər gedib çıxıb. Aleksey Ulyukayevin həbsindən sonra «Rosneft»in mətbuat katibi, keçmiş teleaparıcı Mixail Leontyev özünün «Facebook» səhifəsində bu həbsi şərh edərkən yazıb ki, nazirin «heç nəyə görə» şirkətdən rüşvət tələb etməsini dərk edə bilmir. Leontyevə görə əgər nazir rüşvəti «Lukoil»dan tələb etsəydi bunu anlamaq olardı. «Çünki Vahid Ələkbərov lağ ağını çıxarıb» - o yazıb.
«Rosneft»in mətbuat katibinin bu qeydləri qarşı tərəfdə qəzəblə qarşılanıb. «Lukoil» şirkəti «Rosneft» rəhbərinə müraciət edərək mətbuat katibinin Vahid Ələkbərovun ünvanına təhqiramiz qeydinə görə tədbir görməyə çağırıb. Leontyev isə deyir ki, o, heç kimi təhqir etməyib. «Ələkbərovun sözü varsa qoy özü çıxıb desin»-o bildirib.
Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov da keçmiş iqtisadi inkişaf nazirini ittiham edib. O, deyib ki, keçmiş nazir «Çeçennefteximprom» şirkətinin Çeçenistanın mülkiyyətinə verilməsinə qəsdən əngəl yaradıb. Baxmayara ki, prezident Putin buna qarşı deyil və müvafiq tapşırıq da vermişdi. «İndi məlum olur ki, Ulyukayevdən bu kimi məsələlərdə razılığı necə almaq lazım gəlirmiş» - Kadırov deyib.