vaxtlı-vaxtında oxuyun! Bazar, 21 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
11:38 | 5 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qalib gələnə qədər!”

Azərbaycanlı milyarder yenə “boz kardinalla” çəkişir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov dövlət neft şirkəti “Rosneft”lə yeni çəkişmə içərisindədir. Rusiya KİV-ləri xəbər verir ki, bu dəfə çəkişmənin predmeti “Lukoil” və “Rosneft” şirkətlərinin yaratdığı birgə müəssisədə-“Başneft-Plyus”da neftin daşınması tarifləridir.

Vahid Ələkbərov RBK-ya bildirib ki, “Rosneft”lə Arktikadakı Varandey terminalından neftin daşınması tariflərinə görə yaranmış mübahisədə “sona qədər getməyə” hazırdır. Hazırda mübahisəyə federal Antiinhisar Xidməti baxır.

“Əgər antiinhisar komitəsi məsələni həll etməsə məhkəmə instansiyalarında mübarizəni davam etdirəcəyik. Qalib gələnə qədər!”, - Ələkbərov deyib.

Azərbaycanlı milyarder deyib ki, “Rosneft”lə anlaşmaq çətindir.

Arktikadakı Varandey neft terminalı Ələkbərovun şirkətinə məxsusdur. Mübahisə “Rosneft”in Tatarıstanın dövlət neft şirkəti “Başneft”in nəzarət səhm paketini almasından sonra baş verib. Bu sövdələşmə nəticəsində “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” və uzun müddətdir Vahid Ələkbərovla çəkişib onu sıradan çıxarmağa çalışan İqor Seçin məcburən onun ortağına çevrilib. Çünki səhmlərinin 75 faizi “Başneft”ə məxsus olan “Başneft-Plyus” şirkətində “Lukoil”un 25 faiz payı var.

Bu birgə müəssisə Yamal-Nen muxtar vilayətinin şimalında iki neft yatağında hasilat aparır. Həmin yataqlardan hasil olunan neft “Lukoil” şirkətinin terminalı üzərindən daşınır. Daşınmanın tarifləri həm Ələkbərov, həm Seçin üçün mühümdür. Çünki “Başneft-Plyus” nefti “Lukoil-Litasco” treyder şirkətinə satır. Bu zaman daşınma xərci çıxılır.

Hazırda bu tarif hər tona görə 38 dollardır, “Rosneft” isə tarifin 3 dəfə aşağı salınmasını istəyir. V.Ələkbərov isə bildirir ki, terminal kommersiya müəssisəsidir və onun “Rosneft”lə ortaq müəssisəyə dəxli yoxdur. Ona görə də tarifləri aşağı sala bilməz.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *