
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiyanın «Lukoil» şirkətinin prezidenti Vahid Ələkbərov jurnalistlərlə söhbətində deyib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar onun şirkətinin Meksikadakı işinə mane olmur. «Bilirsiniz, heç nə mane olmur. Hüquqşünaslar hər şeyi yoxlayıblar», - Ələkbərov bildirib.
«Lukoil»un törəmə şirkəti olan «LUKOIL International Upstream Holding» Meksika körfəzinin sahilyanı zolağında neft blokunun işlənməsi üzrə tenderi udub. Həmin yataqlar blokunda Ələkbərovun şirkətinin payı 75 faizdir. Yataqlar bloku Kunkas-del-Sureste neft əyalətində yerləşir və 521 kvadratkilometr sahəni əhatə edir. Bundan əvvəl «Lukoil» İtaliyanın «Eni» şirkəti ilə konsorsium quraraq Meksikada daha üç yatağın işlənməsinə dair tenderin qalibi olub.
Ələkbərov jurnalistlərə onu da deyib ki, Azərbaycanın, İranın və Əlcəzairin milli neft şirkətləri «Lukoil»un İtaliyadakı neft emalı kompleksi İSAB-ı almağa maraq göstərir. Onun sözlərinə görə, potensial müştərilər arasında ABŞ-ın iri neft emalı şirkətləri, beynəlxalq investisiya fondları və Fars körfəzi ölkələrindən birinin iri neft şirkəti də var.
«Bunlar milli neft şirkətləridir, İranın, ilk növbədə Əlcəzairin. Mənə çatan son məlumata görə o cümlədən SOCAR bu zavoda maraq göstərir. Hazırda zavodun satışı ilə bağlı başlanğıc mərhələdir. Bir çox təkliflər alırıq. Bütün variantları dəyərləndiririk. Zavod hazırda çox yaxşı vəziyyətdədir. Şirkət onun modernləşdirilməsinə ciddi vəsait qoyub. Bütün qurğular işləyir. Ona görə də bizim zavodu tələsik satmaq fikrimiz yoxdur», - Ələkbərov bildirib.