vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
20:02 | 23 fevral 2017 | Cümə axşamı Məqaləyə 1690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada deputat yoxa çıxıb

«Petro Poroşenko bloku»nun üzvü naməlum şəxslər tərəfindən oğurlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Ali Radasının üzvü, «Petro Poroşenkonun bloku» partiyasının sədr müavini Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən oğurlanıb. Partiya üzvlərinin sözlərinə görə, dünən axşam rəhbərliyin keçirilən toplantısı bitər-bitməz Qonçarenko təcili olaraq Odessaya gedib və bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

VAXT.AZ xarici mətbuata istinadən xəbər verir ki, «Petro Poroşenkonun bloku»nun təmsilçisi İqor Qrıniv parlamentdəki açıqlamasında Qonçarenkonun Odessada naməlum istiqamətdə aparıldığını təsdiqləyib. Grıniv, Qonçarenkonun tapılması üçün güc strukturlarına aid xüsusi təyinatlı dəstələrin təcili olaraq hərəkətə keçməsinin vacibliyini vurğulayıb.

Ali Radanın spikeri Andrey Parubiy da millət vəkilinin tapılması üçün təhlükəsizlik qüvvələrinə səslənib.

Ukrayna Baş prokurorluğunun mətbuat xidmətinin rəsmisi Larisa Sarqan isə hadisəylə bağlı açıqlamasında qaçırılma olayını təsdiq etməklə kifayətlənib.

Təhlükəsizlik orqanlarının olayla bağlı istintaqa başladığı qeyd olunub.